Tanınmış ədəbiyyatşünas alim Cəlal Qasımov vəfat edib.
SÜLH.İNFO.az xəbər verir ki, filologiya elmləri doktoru, professor 61 yaşında dünyasını dəyişib.
Cəlal Qasımov 2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri idi.
O, ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərin, bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifi idi.
C.Qasımov xüsusi xidmət orqanlarının arxivlərindəki dəqiq mənbələrdən istifadə edən və ciddi faktlar ortaya qoyan alimlərdən idi.
Allah rəhmət eləsin!