Samux rayonunda koronavirus səbəbindən bir orta məktəb distant təhsilə keçib.
SÜLH.İNFO.az xəbər verir ki, rayonun İnstitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagird, 6 müəllim və 1 texniki işçisində koronavirus infeksiyası aşkar olunub.
Qərara əsasən, məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb. Bu müddət ərzində məktəbdə dərslər distant formada keçiriləcək.