"Eşkiya dünyaya hükümdar olmaz" (EDHO) serialının rejissoru Onur Tan ekran işinin final etmədiyini açıqlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.
Rejissor Oktay Kaynarcanın paylaşım etdiyi fotoda əl sallamasının vida yox, yeni başlanğıc olduğunu bildirib. O, izləyicilərdən səbrli olmalarını xahiş edib.
Qeyd edək ki, Oktay Kaynarca bir neçə dəqiqə əvvəl İnstaqram səhifəsində serialla bağlı vida paylaşımı etmişdi.
***************************************
2015-ci ildən bəri Türkiyənin ATV kanalında yayımlanan məşhur “Eşkiya dünyaya hökümdar olmaz” serialı artıq başa çatıb.
İzləyicilərinin qısaca olaraq EDHO adlandırdığı ekran əsəri uzun zaman idi ki, ən reytinqli proqramlardan biri kimi daim diqqət mərkəzində idi.
Bu xəbəri ekran əsərində baş rolu canlandıran Oktay Kaynarca “Instagram” hesabından paylaşıb.
O, serialın yaradıcı heytinə və pərəstişkarlarına təşəkkür edərək onlarla vidalaşıb.
Qeyd edək ki, Türkiyə televiziyası tarixinin ən uğurlu layihələrindən biri olan “Eşkiya dünyaya hökümdar olmaz” serialının ötən altı mövsüm ərzində 199 seriyası yayımlanıb.
Son həftələrdə ATV-də serialın yeni mövsümünün anonsları getsə də, kanal rəhbərliyi ilə serialın çəkiliş qrupu arasında anlaşmazlıqların yaşandığı bildirilib.