ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Romada keçirdiyi görüşdə Türkiyənin S-400 zenit-raket kompleksləri ilə silahlanmasından narahatlığını bildirib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident Bayden müdafiə sahəsində tərəfdaşlığımızı və Ankaranın NATO müttəfiqi kimi əhəmiyyətini bir daha təsdiqləyib, lakin Türkiyənin Rusiyanın S-400 sistemlərinə malik olması ilə bağlı ABŞ-ın narahatlığını da qeyd edib”, - məlumatda qeyd olunub.
Məlumatda bildirilib ki, görüş zamanı iki ölkə liderləri Qafqaz, Suriya, Liviyadakı diplomatik səyləri və Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər. Bayden, həmçinin avqustda başa çatan Əfqanıstanda ABŞ əməliyyatına verdiyi dəstəyə görə Ərdoğana minnətdarlığını bildirib.