​Azərbaycanla oyunda əlbəyaxa dava, üç futzalçı meydandan qovuldu - VİDEO

​Azərbaycanla oyunda əlbəyaxa dava, üç futzalçı meydandan qovuldu -
20:38 31.10.2021
391 İdman
A- A+

“Araz-Naxçıvan” və Kosovonun “Ligeni” komandaları arasında futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələ oyununda dava düşüb.

SÜLH.İNFO.az  “BakuTV”-yə istinadən məlumat verir ki, insident matçın sonuncu - 40-cı dəqiqəsində baş verib.

Azərbaycan çempionunun hücumçusu Felipinyo ilə rəqib komandanın üzvü Arber Şkodra arasındakı mübahisə qəflətən əlbəyaxa davaya çevrilib və oyunçular bir-birilərinə zərbə endirməyə başlayıblar.

Daha sonra Kosovo təmsilçisinin digər futzalçısı Anton Uka ayağı ilə braziliyalı forvardı vurub. Digər oyunçuların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Görüşün baş hakimi Kriştianu Xose Kardoso Santos davada iştirak etmiş hər 3 futzalçını qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, qarşılaşma 6:6 hesabı ilə başa çatıb.