​Əfqanıstanda toya basqın edib qonaqları güllələdilər

​Əfqanıstanda toya basqın edib
21:53 31.10.2021
434 Dünya
A- A+

Əfqanıstanın Nanqarhar vilayətinin Surh Rod yaşayış məntəqəsində naməlum silahlı şəxslər toy mərasiminə basqın edib.

SÜLH.İNFO.az Axar.az-a istinadən xəbər verir ki, silahlılar toy mərasimində musiqi səsləndirilməsini bəhanə edərək səsgücləndiriciləri qırıb. Qonaqlar buna etiraz etdiksə isə onları atəşə tutublar. Nəticədə 2 nəfər ölüb, 10-dən çoxu isə xəsarət alıb.

Qeyd edək ki, toy təşkilatçıları musiqi ilə bağlı Talibandan icazə aldıqlarını bəyan ediblər.

Məsələ ilə bağlı açıqlama verən Taliban sözçüsü Zabiullah Mücahid hadisəni törədən 3 şəxsdən 2-nin saxlanıldığını, onların hakim qruplaşma üzvü olmadığını bəyan edib.