M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni qurum-Mətbuat xidməti yaradılıb.
SÜLH.İNFO.az Trend-ə istinadən xəbər verir ki, jurnalist Elnur Hidayətoğlu Mətbuat xidmətinin rəhbəri təyin olunub.
E.Hidayətoğlu faktı təsdiqləyib. Bildirib ki, quruma daha bir jurnalist Hicran Əlişqızı da təyinat alıb. H.Əlişqızı Mətbuat xidmətinin mütəxəssisi vəzifəsində işləyəcək.
E. Hidayətoğlu bu vəzifəyə qədər Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Təbliğat şöbəsinin rəhbəri olub.