Gürcüstanda son iki həftə ərzində bütün yanacaq növlərinin qiymətlərində artım müşahidə olunur.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə yerli “BusinessPressNews” nəşri yazıb. Bildirilib ki, hazırda “Regular 92” markalı benzinin orta qiyməti 2,94 lari təşkil edir, iki həftə öncə isə qiymət 2,82 lari idi.
Qeyd olunub ki, maye qazın (LPG) da qiyməti artır. Hazırda qiyməti 2 lariyə bərabərdir, lakin iki həftə öncə 1,9 lariyə olub.