Dünən gecə Səbail rayonu, Nizami küçəsində kütləvi dava baş verib.
SÜLH.İNFO.az Bakupost.az-a istinadən xəbər verir ki, oğlan və qızlardan ibarət qurub arasında düşən mübahisə, sonradan əlbəyaxaya çevrilib.
Nəticədə Kamal Mustafayev, İ. Mehdiyeva, Firudin Həsənov, R.Aslanova, A.Abbasova xuliqanlıq zəmnində bir-birlərini döyüblər.
Hadisəni Səbail rayon Polis İdarəsinin 39-cu bölməsi araşdırır.