​Yanacaqdoldurma məntəqələrinə saxta pul verən şəxs saxlanıldı

​Yanacaqdoldurma məntəqələrinə saxta pul verən şəxs
14:35 01.11.2021
332 Hadisə
A- A+

Qobustan Rayon Polis Şöbəsinə (RPŞ) oktyabrın 29-da şəhər ərazisində yerləşən iki yanacaqdoldurma məntəqəsində yanacaq müqabilində saxta əsginas verilməsi barədə məlumat daxil olub.

SÜLH.İNFO.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin gün gecə saat 03:00 radələrində avtomobillə yanacaqdoldurma məntəqələrinə gələn sürücü birinci məntəqədə operatora 15 manat dəyərində yanacaq müqabilində 200 manatlıq əsginas verərək 185 manat, ikinci məntəqədə isə 20 manat dəyərində yanacaq müqabilində 100 manatlıq əsginas verərək 80 manat geri alıb.

Sonradan həmin əsginasların saxta olması aşkar olunub.

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Salayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.