İstanbulda təyyarə bələdçisi işləyən Aytən adlı xanım kabin məmuru həm də pilot olan Fazlı adlı şəxsə qarşı inanılmaz plan qurub.
SÜLH.İNFO.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aytən Fazlıya sevgili olmağı təklif edib. Kişi rədd cavabı verib. Ardınca qadın, pilotdan birlikdə qazandıqları qumar pulunu tələb edib. Fazlı buna da rədd cavabı verib. Bu cavablar qadını qəzəbləndirib.
Dostuyla plan quran Aytən, Fazlının evinə girib. Onlar pilotun əllərini bağlayaraq, onun pullarını və dəyərli əşyalarını ələ keçirib.
Pilot hadisə barədə polisə şikayət edib.