Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Beynəlxalq İqlim Konfransında iştirakdan imtina etməsinin səbəbini açıqlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, onun sözlərinə görə, bu, təhlükəsizlik protokollarının yerinə yetirilməməsi ilə bağlıdır. Ərdoğan bildirib ki, bu standart protokoldur və bütün beynəlxalq səfərlər zamanı tətbiq olunur. Lakin Şotlandiya buna əməl etməyəcəyini açıqlayıb.
“Bizim tələbimiz rədd ediləndən sonra başqa ölkə liderləri üçün bu tələbin qəbul edildiyini öyrəndik” deyən Ərdoğanın sözlərinə görə, Böyük Britaniyanın Baş naziri Boris Conson məsələni həll etməyə çalışsa da, nəticə əldə edilməyib. Ərdoğan bunun ayrı seçkilik olduğu bəyan edərək, səfərdən imtina edib.