Argeninada futbol matçı zamanı terror hadisəsi yaşanıb.
SÜLH.İNFO.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin 3-cü liqasındakı matçların birində baş məşqçi silahla vurulub. Terror hadisəsi "Hurakan Las Heras" - "Ferro Karril Oeste" matçında həyata keçirilib. Oyun zamanı qonaq komandanın baş məşqçisi Maurisio Romero çiynindən güllə ilə vurulub. Həmin an kameralara düşməsə də hadisədən sonra meydandakı digər insanların dəhşət içində vurulan baş məşqçiyə tərəf qaçması nə qədər qorxulu anlar yaşandığını gözlər önünə sərib.
Silahlı hücumun tribunalardakı gərginliyin artmasından sonra həyata keçirildiyi bildirilib. Oyun bu səbəbdən 79-cu dəqiqədə dayandırılıb.
"Ferro Karril Oeste" hadisədən bir müddət sonra baş məşqçinin sağlamlıq durumunun yaxşı olduğunu açıqlayıb.