Türkiyəli aktrisa və müğənni Hülya Avşarın Gülben Ergenlə bağlı işlətdiyi ifadə şou-biznes aləmində gündəm olub.
SÜLH.İNFO.az xəbər verir ki, 58 yaşlı Hülya Avşar iştirak etdiyi proqramlardan birində “Gülben Ergenle duet oxuyardınız, yoxsa tennis oynayardınız?” sualına tennisdə rəqib görmədiyini satirik formada bildirib.
Sonra isə o, 49 yaşlı həmkarının “demode” (dəbsiz) olduğunu deyib.
Ergen isə sosial mediada geniş müzakirələrə səbəb olan məsələyə cavab kimi “Instagram” hesabından paylaşım edib.
O, pərəstişkarları ilə fotosuna aşağıdakı qeydləri edib:
“Onlar digər insanı dəyərdən salmaq cəhdinin onlara heç nə əlavə etməyəcəyini bilən dəyərli qadınlardır. Ona görə də bu qədər real və səmimidirlər”.