​Qadın alim evində ölü TAPILDI

​Qadın alim evində ölü
22:55 01.11.2021
483 Hadisə
A- A+

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Mərmərə Araşdırma Mərkəzinin tədqiqatçısı, dosent Dilək Dündar Ərbahar evində ölü tapılıb.

SÜLH.İNFO.az "Sabah" agentliyinə istinadən xəbər verir ki, polis intihar versiyası üzərində dayanır.

Mərhumun həyat yoldaşına məktub yazdıqdan sonra, həşərat dərmanı içərək özünə qəsd etdiyi məlum olub. 

Qeyd edək ki, zəhərli qazlara qarşı yüksək ayırdetmə həssaslığına malik, kütləvi istehsala yaralı və qənaətcil sensorlar sahəsində tədqiqat aparan Dündar Ərbahar "L'Oréal-UNESCO Elm Qadınları üçün” beynəlxalq mükafatına layiq görülüb.