​Cəlilabadda uşaq bağçası yandı

​Cəlilabadda uşaq bağçası
10:53 20.10.2021
342 Hadisə
A- A+

Cəlilabad rayonunda uşaq bağçasında yanğın olub.

 

SÜLH.İNFO yerli mətbuata istinadən xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmasa da, uşaq bağçasına ciddi ziyan dəyib.