​İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

​İlham Əliyev 1 sərəncam,
13:47 02.11.2021
337 Siyasət
A- A+

Prezident İlham Əliyev “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

SÜLH.İNFO.az sərəncamın mətnini təqdim edir:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 168; 2009, № 8, maddə 630; 2018, № 6, maddə 1211; 2021, № 3, maddə 226) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddən “1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda), ikinci cümləsində və” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda) və ikinci cümləsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2010-cu il 21 oktyabr tarixli 345 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və “Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” 2020-ci il 7 avqust tarixli 1120 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 21 oktyabr tarixli 345 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 857) 4-cü hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039, № 10, maddə 1247; 2021, № 1, maddə 16, № 1, maddə 36, № 6 (I kitab), maddə 567) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 4-cü hissəsində “Dövlətə” sözü “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələri istisna olmaqla, dövlətə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2567; 2020, № 1, maddə 5) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın 2.1.1-ci yarımbəndinə aşağıdakı məzmunda 6-cı abzas əlavə edilsin:

“6. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş hüquqi şəxslər – Azərbaycan İnvestisiya Holdinqi vasitəsilə;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1023, № 11, maddə 1342) ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.12-1-ci yarımbənd əlavə edilsin:

“3.1.12-1. dövlət müəssisələrinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək.”.