​Bu tarixdən yeni dalğa başlayacaq - Həkimdən XƏBƏRDARLIQ

​Bu tarixdən yeni dalğa başlayacaq
15:32 02.11.2021
376 Ölkə
A- A+

Azərbaycanda koronavirusa yoluxanların sayı 2 min civarında olduğu üçün yenidən karantin qaydalarının sərtləşdirilməsi məsələsi müzakirə olunur. Yoluxma sayının indikindən iki dəfə çox olması sərt karantinin yenidən tətbiq olunacağı ehtimalını yaradır.

SÜLH.İNFO.az xəbər verir ki, mövcud məsələyə həkim Vasif İsmayıl münasibət bildirib. "ARB24"də yayımlanan "Peşəkar mübahisə" verilişində qonaq olan həkim deyib ki, bu məsələdə aktiv xəstə sayına diqqət etmək lazımdır:

"Göründü ki, Azərbaycan səhiyyə sistemi 60 min insana qulluq edə bilir. Amma yaxşı olardı ki, bu rəqəm 35-40 minin üzərinə çıxmasın. Bu olmadığı təqdirdə digər xəstəxanalar da bağlanır.

Əgər rəqəmlər 35-40 min arasında olarsa, ciddi bir sarsıntıya səbəb olmur. Rəqəmlər 60 mindən yuxarı olarsa, ciddi problemlərlə üzləşəcəyik.

Azərbaycanda dördüncü dalğa artıq bitmiş olmalı idi. Amma bitmədi. Dekabrda bunun yenisi başlayacaq".