Dəməşqdə hərbçiləri daşıyan avtobus partladılıb.
SÜLH.İNFO xəbər verir ki, bu barədə Suriyanın "SANA" agentliyi məlumat yayıb.
Partlayış nəticəsində ən azı 14 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.
Terror hücumu paytaxtdakı əsas körpülərdən birinin üzərində həyata keçirilib. Belə ki, körpüyə yerləşdirilən iki partlayıcı avtobus keçərkən ardıcıl partladılıb.
İstehkamçılar daha bir partlamamış minanı zərərsizləşdirib.