Pakistanın Bəlucistan əyalətində baş verən partlayış nəticəsində ən azı 14 nəfər xəsarət alıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, mopedə yüklənmiş 4-5 kq-lıq partlayıcı qurğu nəqliyyat vasitələrinin sıx olduğu yerdə işə düşüb.
Terakt nəticəsində yaralanan şəxslər xəstəxanalara yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır.
Hələ ki, terror aktı ilə bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.