​Almaniyada COVID-19 xəstəsi təyyarədə öldü

​Almaniyada COVID-19 xəstəsi
21:12 02.11.2021
421 Dünya
A- A+

Almaniyada hərəkətdə olan təyyarədə sərnişin koronavirusdan ölüb.

SÜLH.İNFO.az "Spiegel" qəzetinə istinadən xəbər verir ki, İstanbuldan Hamburqa uçan "Pegasus"-a məxsus sərnişin təyyarəsinin enişindən sonra, göyərtədə üzərində həyat əlaməti olmayan kişi tapılıb.

Gözünün yumulu olduğundan hər kəsin onu yatmış hesab etdiyinə görə, uçuş zamanı öldüyünü başa düşülmədiyi ehtimal edilir. 

Artıq məlum olub ki, həmin şəxs ciddi xəstə imiş. Meyitin müəyinəsindən sonra isə onda koronavirus aşkarlanıb.

Hüquq-mühafizə orqanları kişinin təyyarəyə necə daxil olmasını araşdırır, çünki mövcud qaydalara uyğun uçuş zamanı neqativ nəticəli PCR testinin cavabı, sağalma haqqında sənəd və ya vaksin sertifikatı tələb edilir.