Zimbabveli boksçu Tauray Zimunya ölkə çempionatında həmyerlisi Tinaşe Maconiyə nokautla uduzduğu görüşdən sonra dünyasını dəyişib.
SÜLH.İNFO.az Report -a istinadən xəbər verir ki, 3-cü raundda aldığı zərbədən huşunu itirən idmançıya rinqdə ilkin tibbi yardım göstərilib. Daha sonra xəstəxanaya yerləşdirilən Zimunyanın həyatını xilas etmək mümkün olmayıb.
Boksçunun ölümünə beyin qanaxmasının səbəb olduğu bildirilib.
Qeyd edək ki, bu, Zimbabvedə boks yarışında ilk belə hadisədir.