Bir sıra xəstəxanalarda struktur dəyişikliyi aparılıb, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri ştatı yaradılıb.
Bu barədə SÜLH.İNFO.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Dövlət xəstəxanaları artıq publik hüquqi şəxs statusunda fəaliyyət göstərirlər. Yeni struktura uyğun olaraq tibb mərkəzləri və xəstəxanalara ictimaiyyətlə əlaqələr üzrə əməkdaşlar cəlb ediləcək", - qurumdan qeyd edilib.