İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
SÜLH.İNFO.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib.
Təyyarənin göyərtəsindəki daha 5 nəfərin taleyi hələlik naməlumdur.
***
Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi radarlardan itib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə yerli təcili xidmətdən “RİA Novosti”yə bildirilib.
Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində enişə hazırlaşarkən radarlardan itib.
Hadisə yerinə xilasedicilər göndərilib.