Bu gün Gürcüstan əhalisi koronavirus soyqırımı ilə üz-üzədir. Ölkədə çox təhlükəli vəziyyət yaranıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu sözləri infeksionist həkim, professor Devi Tabidze bu gün keçirdiyi mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma hallarının artması həyəcan doğurur. Vəziyyət belə davam etsə, gündəlik yoluxma 7 min nəfərdən çox olacaq.
“Bu gün mövsümi qrip də aktuallaşıb. Sanki koronavirus və qrip birgə hücuma keçiblər. Ona görə də yoluxma halları hər gün artır. Biz əvvəlcə gündəlik yoluxmanın 4-5 min arasında olacağını proqnozlaşdırırdıq. Amma indi görürük ki, bu rəqəm daha böyük olacaq”, – deyə, D.Tabidze vurğulayıb.
İnfeksionist bildirib ki, bu gün reanimasiya şöbələrindəki vəziyyəti nəzərə almasaq xəstəxanalarda vəziyyət normaldır. Amma belə davam etsə səhra hospitalları açmalı olacağıq.