Pakistanın cənubunda yerləşən Azad Kəşmir bölgəsində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 23 nəfər sərnişin həyatını itirib, doqquz nəfər yaralanıb.
SÜLH.İNFO.az xəbər verir ki, sərnişin avtobusu Azad Kəşmirdən Ravalpindi şəhərinə doğru hərəkət edib.
Hadisə yerinə xilasedicilər və həkim briqadaları cəlb edilib.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.