​Saakaşvilinin ürəyində problemlər yaranıb

​Saakaşvilinin ürəyində problemlər
10:07 04.11.2021
285 Dünya
A- A+
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşib.
 
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlayıb.
 
Onun sözlərinə görə, Saakaşvili zəifləyib, tibbi testlərin nəticələri pisləşib və onun ürəklə bağlı problemləri yaranıb.
 
Kipşidze həmçinin qeyd edib ki, Saakaşvili üçün yaradılmış xüsusi həkim qrupu növbəti dəfə çox güman ki, şənbə günü toplaşacaq.
 
Qeyd edək ki, artıq 35 gündür ki, Saakaşvili aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi sabiq Prezidentin Tbilisidəki 18 saylı Qldansk həbsxanasına köçürülməsinə razıdır. Nazirlik sözügedən həbsxananın aclıq elan etmiş məhbuslar üçün əlverişli olduğunu iddia edir. Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze və vəkillər siyasətçinin çoxşaxəli mülki klinikaya köçürülməsində təkid edirlər.