​ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana getdi

​ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana
17:59 04.11.2021
326 Dünya
A- A+

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ermənistana gedib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfir İrəvanda keçirilən Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak edib.

Qeyd olunub ki, Litzenbergerlə yanaşı ABŞ-ın səfirləri Treysi, Dengan, Dövlət Katibinin müavini Olson, Qafqazda danışıqlar üzrə müşavir Andryu Şofer və USAID təşkilatının administratorunun köməkçisinin müavini Aleksadr Sokolovski ABŞ-ın İrəvandakı səfirliyinin ev sahibliyi etdiyi Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak ediblər.

"COVİD-19 pandemiyası səbəbindən biz keçən il bu tədbiri həyata keçirə bilməmişdik. Bu il ənənəvi olan görüşü keçirməkdən və həm bölgədə çalışan, həm də Vaşinqtondan gələn həmkarlarımız arasında fikir müdadiləsini təşkil etməkdən məmnunuq. Pandemiyadan öncə ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri müvafiq olaraq 2018-ci və 2019-cu illərdə bu görüşlərə ev sahibliyi ediblər. Biz Ermənistan, Azərbaycan və Gürcüstanla yaratdığımız diplomatik münasibətlərin 30-cu ildönümünə yaxın olan zamanda regionda daha təhlükəsiz, sabit və firavan gələcəyin qurulması naminə tərəfdaşlığımıza sadiq olduğumuzu yenidən vurğulayırıq", - məlumatda qeyd olunub.