Yeni il bayramında restoranların gecə saat 12-yə qədər işləməsi ilə bağlı məhdudiyyət aradan qaldırıla bilər”.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümovun sözlərinə görə, ola bilər ki, bu məsələyə xüsusi günlərdə, məsələn, Yeni il ərəfəsində baxılsın: “Yəni, məhdudiyyət götürülməsə belə, bu, hansısa günlərdə xüsusi istisna hal kimi nəzərdə tutula bilər”.