“Azərxalça”nın sabiq sədri Vidadi Muradov vəfat edib.
SÜLH.İNFO.az Qafqazinfo"ya istinadən xəbər verir ki, V.Muradov bu gecə dünyasını dəyişib.
Vidadi Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək həbs edilib.
İstintaq zamanı onun 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Noyabrın 1-də Vidadi Muradov səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb.