Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının nəqliyyat siyasəti şöbəsinə müdir əvəzi təyin edilib.
SÜLH.İNFO.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Əliyev Azər Rövşən oğlu sözügedən şöbənin müdir əvəzi təyin olunub.
Xatırladaq ki, Nazirliyinin Aparatının nəqliyyat siyasəti şöbəsinə müdiri Arif Baloğlan oğlu Məmmədov 28 oktyabr tarixində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.