​Vidadi Muradov məni şantaj elədi

​Vidadi Muradov məni şantaj
12:40 05.11.2021
298 Toplum
A- A+

Tanınmış alim, tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev ötən gün dünyasını dəyişən “Azərxalça”nın sabir direktoru Vidadi Muradov haqda mənfi xatirəsini bölüşüb.

SÜLH.İNFO.az xəbər verir ki, Zaur Əliyev illər öncə Vidadi Muradovun ona zəng edərək, məqaləsinin xarici ölkələrin elmi nəşrlərindən birində dərc olunması üçün yardım istəyib.

“Beynəlxalq indeksli jurnala məqaləni göndərdim, əvvəlcə qəbul eləmədilər. Bir neçə dəfə üzərimə qayıtdı. Redaktə elədim, yenə göndərdim. Jurnal məqaləni ödənişli çap etməyə yazı oldu və 600 dollar pul istədi. Tərcümə və redaktə daxil olmaqla 700 dollar pul lazım idi”, - alim bildirib.

Z.Əliyevin sözlərinə görə, V.Muradov 500 dollar verib və məqalənin dərcini istəyib:

“200 dollar da cibimdən qoyub çap elədim, beynəlxalq bazada indeksləşdi və elmlər doktoru diplomu aldı (AAK-ın şərtlərinə görə, disertasiya müdafiəsində xarici elmi nəşrlərdə məqalə dərci mütləqdir – red.). Diplomunu alandan bir müddət sonra mənə zəng edib şikayət edəcəyini, AMEA rəhbərinə haqqımda pis xarakteristika verəcəyini deyərək, məqalənin çapı üçün verdiyi 500 dolları da geri aldı”.

Qeyd edək ki, külli miqdarda mənimsəmə faktına görə həbs edilən “Azərxalça”nın sabir direktoru V.Muradov bir neçə gün öncə xəstəliyinin şiddətlənməsi səbəbindən ev dustaqlığına buraxılmışdı. O, ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.