Əməkdar artist Firuzə İbadova aparıcılara səslənib.
SÜLH.İNFO.az xəbər verir ki, müğənni "Xəbər-ətər" verilişində ondan reytinq üçün istifadə edildiyini deyib. O bildirib ki, tamaşaçıya onu yanlış təqdim ediblər:
"Sözüm aparıcılaradır: Verilişi elə aparın ki, qalmaqal olsun, reytinqim qalxsın deməyin. Sonra bizdən küsməyin ki, niyə efirə gəlmirik. Efirdə ağlamışam. Onun səbəbini bilmədən məni aşalama. Kiminsə sıxıntısını aşalama. O niyə sıxılır, mən niyə ağlayıram? Mənim dünyama girmisən? Ora girə bilməzsən.
İfaçı daha sonra müğənnilərin bahalı maşınlar sürməyinə söz atıb:
"Mənim də maşınım yoxdur. Bir şey məni maraqlandırır: hər zaman məndən söhbət düşəndə cavanşir Məmmədovu stat gətirirlər. Həmkarlarıma deyirəm: siz o bahalı maşını necə almışınız?".
Qeyd edək ki, F.İbadova "Günün sədası" verilişində evinin şəraitsizliyindən gileylənmişdi