SÜLH.İNFO.az xəbər verir ki, bunu Milli Məclisdə Amnstiya aktının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat layihəni təqdim edən Əli Hüseynliyə sual ünvanlayıb:
“Amnstiya aktının əhatəsinə düşməyən və mən dediyim qəbildən olan şəxslərin siyahısını tutaraq gələcəkdə onları əfv siyahılarına yönəltmək olarmı? İş görürüksə, bura düşməyənlərlə bağlı da məsələyə aydınlaşdırma gətirək. Həm də bizə müraciət edən insanlara cavab verək”.
Deputat Kamal Cəfərov bildirib ki, korrupsiya, səlahiyyətlərdən sui-istifadə, vəzifə səlahiyyətlərindən aşma və rüşvət vermə kimi cinayətlər Amnstiya aktının əhatəsinə düşməyəcək.
Komitə sədri bildirib ki, Fazil Mustafanın qaldırdığı məsələ ağır və az-ağır cinayətlərlə bağlıdır ki, bu da Amnstiya aktının əhatəsinə düşmür.Bu düzgün qərardır. Amma dediyiniz məsələlərin həlli elə dediyiniz formada həll oluna bilər. Şəhid ailələrin və qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Həmin şəxslərin yaxınları Əfv Komissiyasında təmsil olunan bizim deputatlara müraciət edə bilərlər.
Sual-cavab bölümündən sonra Amnstiya aktı səsverməyə çıxarılıb və qəbul edilib.