Səhiyyə naziri əvəzi Teymur Musayev tibb müəssisələrində ana ölümləri və dərman çatışmazlığı ilə bağlı məsələlərə aydınlıq gətirib.
SÜLH.İNFO.az xəbər verir ki, nazir əvəzi Baku TV-yə səhiyyə sahəsindəki narazılıqların aradan qaldırılması üçün görüləcək tədbirlərdən danışıb:
“Hər bir ana ölümü Səhiyyə Nazirliyi tərəfindən ayrılmış xüsusi komissiya tərəfindən təhlil olunur, müzakirəyə çıxarılır və lazımi tədbirlər görülür”.
O, ana ölümlərində həkim səhlənkarlığı, qeyri-peşəkar kadr seçimi ilə yanaşı, vətəndaş məsuliyyətsizliyinin də olduğunu vurğulayıb.