Noyabrın 5-də Azərbaycan Dillər Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
SÜLH.İNFO.az xəbər verir ki, tədbir 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə millət vəkilləri, şəhid ailəsi üzvləri, müəllim və tələbələr iştirak ediblər.
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçıların salamlayıb, onları universitetdə görməkdə məmnun olduğunu bildirib. Qeyd olunub ki, bu tarixi missiyanın şahidləri və iştirakçıları olduğumuz üçün özümüzü xoşbəxt hiss etməli, məsuliyyətimizi dərk etməli və qazilərimizi, şəhidlərimizi heç vaxt unutmamalıyıq:
“Azərbaycan 44 gün ərzində tarixi bir qələbəyə imza atdı. Müasir dünyada bu qədər sürətli və az itki ilə qələbə çətin məsələdir. Bu çətin məsələnin öhdəsindən Azərbaycan Ordusu və Azərbaycan xalqı şərəflə, ləyaqətlə gəldi. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycanı onun layiqli davamçısı, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev daha da möhkəmləndirdi, iqtisadi imkanlarını artırdı, xalqın rifah halını yüksəltdi. Qələbəni şərtləndirən amillərdən biri də xalqla iqtidar arasındakı sıx bağlılıq və vəhdət oldu. Gənclərin üzərinə düşən məsuliyyət hər zaman diqqətdə olmalı, bizi arxayın yaşamağa qoymamalı və sabah üçün daha güclü olmalıyıq.”
Tədbirdə millət vəkilləri Naqif Həmzəyev, Tamam Cəfərova və s. çıxış ediblər.
Daha sonra tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.