​Samir Abasov: "Azarkeşlər səni söyürsə, mütləq cavabı olacaq"

​Samir Abasov:
23:15 05.11.2021
331 İdman
A- A+

"Hər dediyim özümə haqq qazandırmaq kimi qəbul olunacaq. Azarkeşi söymüşəmsə və mənə bu cəzanı veriblərsə, haqlıdırlar. Özümü bəzarət altında saxlamalıyam. Amma həmin anda hisslərimi cilovlaya bilməzdim".

SÜLH.İNFO.az -ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur oyununda rəqib azarkeşləri təhqir etdiyi üçün AFFA İntizam Komitəsinin ona 5 oyunluq cəza verməsinə münasibət bildirərkən deyib.

43 yaşlı mütəxəssis deyib ki, hər bir qurum öz işində diqqətli olmalıdır: "Mən "CBC Sport"a müsahibə verərkən azarkeşlər qışqırıb nalayiq sözlər işlədirsə, əvvəlcə buna çarə qılmalısınız. Yaxud da "Azersun Arena"da yerli fanatları rəqib komandanın məşqçilər heyətinin yer aldığı texniki zonanın arxasında yerləşdirirlər. Onlar da oyun başlayandan dayanmadan bizi söyürlər. Hansı mentalitetə sahib olduğumuzu bilirsiniz. Nə qədər peşəkar olsan da, alınmır. Hətta Qurban Qurbanov kimi səbirli insan AEL-lə Kiprdəki avrokubok matçında az qala tribunaya qalxacaqdı".

Abasovun sözlərinə görə, azarkeşlər səni söyürsə, mütləq cavabı olacaq: "Belə olanda da əziyyətini biz çəkirik. İstəyirsən, həmin azarkeşləri Qurban müəlimin arxasında otuzdur, qoy, nə deyirlərsə, desinlər. Hər hərəkətimdə söyüş eşidirimsə, əlbəttə, axır-əvvəl partlayacağam".