Nigeriyanın cənub-qərbindəki liman şəhəri Laqosda 21 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 43-ə çatıb.
SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, günorta saatlarında ölənlərin sayı 38-dən 43-ə çatıb. 9 nəfər sağ aşkarlanıb, onlar hazırda xəstəxanadadırlar.
Bildirək ki, bu cümə günündən etibarən Laqos əyalətində üç günlük matəm elan edilir.
Qeyd edək ki, hadisə noyabrın 1-də baş verib. Qəzanın başvermə səbəbləri hələ müəyyən edilməyib. Binanın dağıntıları altında qalanların sayı məlum deyil.