Gələn il Türkiyədə ilk astronavt namizədin seçimləri keçiriləcək.
SÜLH.İNFO.az NTV-yə istinadən xəbər verir ki, Türkiyə Uzay Agentliyinin (TUA) sədri Sərdar Hüseyn İldırım bununla bağlı ABŞ-ın “SpaceX” və Rusiyanın “Soyuz” şirkətləri ilə danışıqlar apardıqlarını bildirib.
Razılaşma əldə ediləcək şirkət Türkiyədə 7 aylıq təlim keçəcək və iki nəfər namizəd seçimini aparacaq. Təlimlərdən sonra həmin iki namizəddən biri seçilərək kosmosa göndəriləcək.
Türkiyəli astronavtın azı 1 həftə kosmosda qalacağını qeyd edən TUA rəhbəri həmin müddət ərzində elmi tədqiqatlar aparılacağını da əlavə edib: “Ona görə də astronavt namizədi elm adamlarından olacaq”.