​Şəhid polkovnik-leytenantın rütbəsi yazılarkən səhvlərə yol verilib - YENİLƏNİB

​Şəhid polkovnik-leytenantın rütbəsi yazılarkən səhvlərə
21:56 05.11.2021
356 Toplum
A- A+

Göyçay rayonunda yerləşən məktəbdə xatirə lpvhəsində rütbəsi səhv yazılan hərbçinin ailəsi məsələyə aydınlıq gətirib. 

SÜLH.İNFO.az xəbər verir ki, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun qayınatası Arzu Burcalıyev Oxu.Az-a açıqlamasında bildirib ki, xatirə lövhəsi vurulmazdan əvvəl rütbənin yazılışındakı orfoqrafik səhvdən məlumatlı olublar:

“Xatirə lövhəsini hazırlayan rəssam orada polkovnik sözünü “palkovnik” olaraq yazıb. V.Xəlilovun anası oğlunun xatirəsinə vurulacaq lövhənin onun şəhadətinin il dönümünə qədər hazırlanmasını istəyib. Xatieə lövhəsi vurulmazdan öncə rütbənin səhv yazıldığını bilirdik. 

İcra Hakimiyyətinin nümayəndələri lövhənin bu şəkildə asılmasına icazə vermirsilər. Dedilər ki, gözləyin, düzəldilsin, sonra açılış edilsin. Lakin şəhidin anasının təkidi ilə o şəkildə asıldı, açılış edildi. Lakin çox qısa zamanda həmin səhv düzəldiləcək, artıq bununla bağlı iş gedir”.

***

Göyçay rayonunda yerləşən məktəbdə hərbçinin rütbəsi səhv yazılıb. 

SÜLH.İNFO.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Göyçay şəhər 3 saylı tam orta məktəbdə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun xatirə lövhəsində orfoqrafik səhvlərə yol verilib və onun rütbəsi – “palkovnik leytenant” kimi qeyd edilib.