​Fransa səfiri Karapetyanla sərhədi müzakirə etdi

​Fransa səfiri Karapetyanla sərhədi
22:59 05.11.2021
267 Dünya
A- A+

Ermənistan müdafiə naziri Arşak Karapetyanla Fransanın bu ölkədəki səfiri Ann Luyo görüşüb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Görüşdə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət, eyni zamanda regional təhlükəsizlik, ordu islahatları və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq müzakirə edilib.

Tərəflər partnyorluq əlaqələrinin inkişafı istiqamətində fəaliyyətin gücləndirilməsi, mövcud effektiv proqramların davam etdirilməsi və qarşılıqlı əlaqələrin yeni imkanları haqda fikir mübadiləsi aparıblar.