​İtaliya Aİ-nin təsdiqləmədiyi vaksinlərə də COVID sertifikatı verəcək - AÇIQLAMA

​İtaliya Aİ-nin təsdiqləmədiyi vaksinlərə də COVID
08:16 06.11.2021
A- A+

İtaliya hakimiyyəti Avropa İttifaqı tərəfindən təsdiqlənməmiş peyvəndlərlə vaksindən keçmiş vətəndaşlara da COVID sertifikatı vermək qərarına gəlib.

SÜLH.İNFO.az ANSA-ya istinadən xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyinin rəhbəri Roberto Speranza elan edib.

Onun sözlərinə görə, bunu etmək üçün mRNA preparatları (“Pfizer” və ya “Moderna”) ilə üçüncü - buster doza vurdurulmalıdır.

“Buster doza, vaksinasiyadan ən geci yarım il sonra həyata keçirilməlidir”, - deyə Speranza vurğulayıb.