Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SÜLH.İNFO.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, Tural Yaqubov rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun üzərinə axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd, atəşə yararlı, lüləsi kəsilmiş “Karabin” markalı tüfəng və 14 ədəd patron götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.