​Sülh müqaviləsinin bağlanmasında iddialıyıq - Hikmət Hacıyev

​Sülh müqaviləsinin bağlanmasında
10:50 06.11.2021
206 Siyasət
A- A+

Azərbaycan torpaqları işğal altında idi, Azərbaycan uğurla apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanı sülhə məcbur etdi, torpaqlarını işğaldan azad etdi.

SÜLH.İNFO.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib:

"Lakin Azərbaycan özü təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etdi. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı danışırıq. Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təkliflər irəli sürüb. Biz sülh müqaviləsinin bağlanmasında iddialıyıq".