Özbəkistan Senatında prezident seçkilərində qalib gələn Şövkət Mirziyayevin andiçmə mərasimi keçirilir.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin yuxarı palatası məlumat yayıb.
Mirziyayevə prezident vəsiqəsi artıq təqdim edilib və o, Qurana əl basaraq, and içib, daha sonra hesabat çıxışını edib.
Qeyd edək ki, Özbəkistanda prezident seçkisi 24 oktyabrda keçirilib və Mirziyayev 80,12% səslə ikinci dönəm üçün prezident seçilib.