Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rəis təyin edib.
SÜLH.İNFO.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, K.Heydərovun müvafiq əmri ilə bu vəzifəyə FHN-nin daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov əvvəlcə rəis əvəzi, daha sonra isə rəis olaraq təsdiqlənib.
B.Heydərov bundan əvvəl Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 2 saylı Yanğından Mühafizə bölməsinin rəisi olub.
Qeyd edək ki, Binəqədi rayonu üzrə Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Kamil Şərbətov bu ilin yanvarında koronavirusdan dünyasını dəyişib.