​Əli Əliyev və Elçin Rəhimzadənin saxlanılması ilə bağlı XƏBƏR VAR (Rəsmi)

​Əli Əliyev və Elçin Rəhimzadənin saxlanılması ilə bağlı
17:20 06.11.2021
691 Siyasət
A- A+

Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev təxminən 1 saat əvvəl Bakıda saxlanılıb. 

Bu barədə sosial şəbəkələrdə məlumat verilib. "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün Facebookdakı səhifəsində Əli Əliyevlə yanaşı "Bumeranq" internet televiziyasının baş redaktoru Elçin Rəhimzadənin də saxlandığını bildirib. Ə.Zeynallı VİP-in qərargahında axtarış aparıldığını da xəbər verib. 

SÜLH.İNFO.az xəbər verir ki, Musavat.com Əli Əliyevin hansı hüquq mühafizə orqanı tərəfindən saxlandığını müəyyən edə və yetkililərlə danışa bilib. İstintaq orqanından sayta bildirilib ki, hazırda VİP sədri və "Bumeranq" TV -nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.

O da bildirilib ki, adları çəkilən şəxsləri sadəcə, ifadə üçün dəvət ediblər. Prosesdə heç bir qara maskalı olmayıb, heç bir yerdə axtarış aparılmayıb, heç bir yer dağıdılmayıb.

Əlavə məlumat veriləcək... 

 

******************************************************

Vətəndaş və İnkişaf Partiyasinın sədri Əli Əliyev və Bumeranq TV-nin baş redaktoru Elçin Rəhimzadə saxlanılıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Xural qəzetinin redaktoru Əvəz Zeynallı məlumat paylaşıb.
 
Bildirib ki, Elçin Rəhimzadənin evində axtarış aparılıb:
 
“VIP-in qərargahı axtarılıb, Bumeranqa məxsus otaq və əşyalar dağıdılıb. Amma Əli Əliyevin otağına toxunulmayıb. Bsş verənlər çox üzücüdür. Azərbaycan xalqının qələbə bayramı öncəsi bu edilənlərə aydınlıq gətirilməli, Əli Əliyev və Elçin Rəhimzadə dərhal azadlığa buraxılmalıdır!”.
 
Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasından Bakupost.az -a faktı təsdiqləyiblər.