​Fritaunda yanacaq tankerində partlayış: 108 ÖLÜ

​Fritaunda yanacaq tankerində partlayış:
11:02 07.11.2021
435 Dünya
A- A+

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 108-ə çatıb, daha 92 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, partlayış noyabrın 5-i axşam saatlarında yanacaq daşıyan tankerin qranit plitələri daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tankerdə yanacaq çəni dolu olub.