​Küçədə 2 aylıq uşaq TAPILDI

​Küçədə 2 aylıq uşaq
19:47 07.11.2021
1898 Toplum
A- A+

Gəncə şəhərində iki aylıq qız uşağı küçəyə atılıb.

SÜLH.İNFO.az “Report"a istinadən xəbər verir ki, körpə yerli vətəndaşlar tərəfindən tapılıb və 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.

Müayinə olunan körpəni hazırda vəziyyəti normaldır. O, suni qida alır, hər hansı bir xəstəliyi yoxdur. Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 santimetrdir.

Faktla bağlı araşdırmalara başlanılıb.