​Kazımidən sui-qəsd cəhdi ilə bağlı açıqlama

​Kazımidən sui-qəsd cəhdi ilə bağlı
09:20 08.11.2021
218 Dünya
A- A+

Sui-qəsdi törədənləri təqib edəcəyik, onların kim olduğunu yaxşı bilirik, ifşa edəcəyik. Ədalətin əli İraq Milli Kəşfiyyat Xidmətinin zabiti polkovnik Nebras Fərmanın qatillərinə çatacaq.

SÜLH.İNFO.az xəbər verir ki, bunu İraqın baş naziri Mustafa Kazımi Tvitter səhifəsində yazıb.

İraqın baş naziri bildirib ki, evini pilotsuz təyyarənin köməyi ilə partlatmaq cəhdi dünən gecə həyata keçirilib, lakin bu, iraqlıların onunla barışmaq istəyini əks etdirmir.

Qeyd edək ki, "Əl-Ərəbiyyə" telekanalı əvvəlcə Kazıminin yaralanaraq xəstəxanaya aparıldığını bildirsə də, İraq təhlükəsizlik rəsmiləri baş nazirin xəsarət almadığını qeyd ediblər.